COP29

“Bizi çempionata buraxmaq üçün çox adamdan xahiş elədim, vecinə alan yoxdur”

2 Noyabr 23:40 Region Liqası 2 940
“Bizi çempionata buraxmaq üçün çox adamdan xahiş elədim, vecinə alan yoxdur”

“Bizi çempionatı burxamaq üçün çox adamdan xahiş elədim, vecinə alan yoxdur”

Bu sözlər Region Liqasının iştirakçılarından «Ağstafa Gəncləri»nin baş məşqçisi Şahin Kərimova məxsusdur.

Qərb bölgəsini təmsil edən komandanın çalışdırıcısı diqqətdən tamamilə kənarda qaldığını, II Liqada yarışmaq üçün atdıqları addımların qiymətləndirilmədiyini söyləyib:

«İllərnən boğazımız yırtılır deməkdən, az qalırıq yalvaraq ki, ay futbol bilənlər, futbol klubunu ənənəsi olan bölgələrə verin.

Bölgə adı cəkiləndə, oradan olan dostlar, tanışlar adamdan inciyirlər ki, niyə bizim adımızı cəkirsən. Niyə klub istəyirik?

Çünki maliyəni bunlar təmin edirlər. Ağstafada futbol ədət-ənənəsi var, futbol məktəblərimiz illərdir futbolçu yetışdirir.

Baxın, Region Liqasında çıxış edən ”Ağstafa Gəncləri” öz yetirmələri olan futbolçularına yalnız qələbə qazananda 10-20 manat mükafat verir.

Sözsüz ki, bu pula heç nə düşmür və heç bir yerdə bu məbləğə futbol oynamazlar. Ancaq yalnız yerli uşaqlar döğma diyar sevgisindən bunu etməyi özlərinə bir borc bilirlər.

Həmişə onları buna görə alqışlayıram. Həmişə istəmişəm bütün bölgələrimizdə futbol klubları olsun.

Kütləvillik olsa, inkişaf da olar. «Lerik» pul olmadığına görə II Liqada oyuna cıxmadı, «Füzuli» 10 nəfərlə meydana cıxdı.

Özü də «Lerik» Lənkaran Olimpiya İdman Kompleksinin meydancasını icarəyə götürüb. İndi sual olunur: hanı bu bölgələrin stadionu və yerli uşaqları?

Düşünürəm ki, AFFA II Liqada şərt qoymalıdır ki, sifarış olunan futbolçuların 50%-ni yerli məktəbin yetırmələri təşkil etməlidir.

Gəlmə futbolçular yanız pul olanda oynayırlar.

Bunu hamı bilir. Amma sənin bazan olmalıdır və bilməlisən ki, pul hər an tükənə bilər. Necə ki, bu, baş verdi.

İki ildir o adam qalmadı xahiş edim ki, bizi II Liqaya buraxın. Heç bizi vecinə də alan yoxdur».

SPORTINFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti