Region Liqasında yeni mövsümün startı 2024-cü ildə baş tutmadı.
AFFA ötən ilin sentyabrında qeydiyyat prosesini açıq elan etsə də, yarışı nə oktyabr, nə də noyabr aylarında başlatmaq mümkün oldu.
Çempionat iştirakçıları, böyük ehtimalla, fevralın 2-də «bismillah» edəcək.
Qarşıdakı sezonda 56 komandanın yarışması nəzərdə tutulub.
Bu dəfə formatda müəyyən dəyişikliklərin edilməsi qərara alınıb.
Ümumilikdə 56 komandanın 4 - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Mərkəz, Cənub zonaları üzrə mübarizə aparması planlaşdırılıb.
Liqa iyun ayının sonunadək davam edəcək. Adətən, hər ilin oktyabr ayında start götürən marafonun indi belə gecikməsi müxtəlif amillərlə bağlıdır.
Qeydiyyatdan keçən komandaların əksəriyəti stadion problemi ilə üzləşib. Bu. əngəllərdən yalnız biridir.
Turnirə qatılmaq haqqı qazananların bir qismi hələ maliyyə tapa bilməyib. Bəziləri isə yerli icra strukturlarından zəmanət məktubu almaqda çətinliklə üzləşib.
Daha bir səbəb…
AFFA-ya məlum olub ki, qeydiyyatdan keçən bəzi komandaların rəhbər şəxsləri və məşqçiləri «Tiktok»a üz tutub. Belə ki, onlar canlı yayım açaraq, sözügedən sosial şəbəkə platformasının istifadəçilərindən pul toplayırlar.
AFFA-nın adını çəkərək, yaratdıqları klubun maliyyə çətinliyi ilə üzləşməsini iddia edərək, izləyicilərdən «hədiyyə» istəyirlər.
Bu hal son 2 ayda xüsusən geniş hal alıb və narahatlıq yaradıb. Federasiya hazırda mövcud faktları araşdırır.
SPORTİNFO.AZ