COP29

Premyer Liqa ilə vidalaşan klub baş məşqçi MÜƏMMASINI ÇÖZDÜ

25 May 13:00 Qəbələ 5 653
Premyer Liqa ilə vidalaşan klub baş məşqçi MÜƏMMASINI ÇÖZDÜ

Premyer Liqanı tərk edən «Qəbələ»ni I Liqada kimin çalışdıracağı böyük ölçüdə müəyyənləşib.

«Qırmızı-qaralar»ın Kaxaber Sxadadze ilə bu yöndə apardığı danışıqlar yekunlaşmaq üzrədir.

Tərəflər bir-iki xırda detalı çıxmaq şərtiylə əməkdaşlığı davam etdirməklə bağlı razılaşıblar.

Bu ilin martında əyalət təmsilçisinin sükanı arxasına keçən gürcüstanlı mütəxəssis mövcud vəziyyəti düzgün qiymətləndirib.

O, büdcəsinin xeyli dərəcədə aşağı salınmasını nəzərə alaraq, maliyyə şərtlərində kluba xeyli güzəştə gedib.

Premyer Liqada işlədiyi bu müddətdə ayına 13 min manata yaxın maaş alan Kaxa I Liqada göstərilən məbləğdən bir xeyli aşağı məvacibə qane olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?