COP29

Müqaviləni pozmaqdan imtina etdilər, komandanın məşqinə buraxılmadılar

2 Avqust 14:40 Qəbələ 2 340
Müqaviləni pozmaqdan imtina etdilər, komandanın məşqinə buraxılmadılar

Müqavilə ilə “Qəbələ“yə məxsus olan legionerlər hazırda Azərbaycandadır.

Yəqin ki, söhbətin ispaniyalı qapıçı Kristofer Atanqana, qanalı hücumçu Samuel Tetteh və gürcüstanlı müdafiəçi Zurab Oçiqavadan getdiyi anlaşıldı.

“Qırmızı-qaralar“ın birillik sözləşməsinə neçə vaxtdır xitam verməyə çalışdığı, lakin bununla razılaşmayan əcnəbi oyunçular Qəbələdədir və fərdi qaydada məşq edirlər.

Baş məşqçi Kaxaber Sxadadze onların komandanın hazırlıq prosesinə qoşulmasına icazə verməyib.

Gürcü çalışdırıcı I Liqanın yeni mövsümündə onların xidmətindən istifadə etməyəcəyi barədə hər üç legioneri məlumatlandırıb.

Başqa sözlə, Atanqana, Ociqava və Tettehə sərbəst seçim hüququ verilib. Müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına razılalaşa, istədikləri qədər burada qala da bilərlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti