COP29

Birini "Neftçi"yə satdılar, birini də… SON DƏQİQƏ

2 İyul 09:40 Qəbələ 4 868
Birini "Neftçi"yə satdılar, birini də… SON DƏQİQƏ

Premyer Liqa ilə vidalaşan «Qəbələ» daha bir satış edib.

Növbəti mövsümdə I Liqada mübarizə aparacaq əyalət təmsilçisi Rüfət Əhmədovu «əlindən çıxarıb».

«Qırmızı-qaralar» ötən mövsümü icarə əsasında «Kəpəz»də keçirmiş müdafiəçini «Turan Tovuz»a satıb.

Və əlbəttə ki, bir «hava öpüşü»nə yox. Bu keçiddən müəyyən qədər təzminat qazanıblar.

«Qəbələ» daha əvvəl Emil Səfərovdan kompensasiya əldə edib. 21 yaşlı yarımmüdafiəçi 350 min manat müqabilində «Neftçi»yə göndərilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO