“Qəbələ” Premyer Liqanın XXXVI turunun “Sumqayıt”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.
Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın iki futbolçusu bu matçda komandaya kömək edə bilməyəcək.
Samuel Tetteh komanda ilə hazırlığa qatılmayıb. Ülvi İsgəndərov isə fərdi məşqlə kifayətlənib.
Mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” - “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.