Son iki mövsümü «Qəbələ»də keçirən Əyyub Allaş buradan ayrılıb.
Belçika vətəndaşlığı olan mərakeşli legionerə ilk dəvət «Zirə»dən gəlib.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan qəsəbə təmsilçisi yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib.
25 yaşlı ərəb bu çağırışı qəbul eləmək üçün «qartallar»dan 250 min dollar istəyib. Zirənin eyniadlı təmsilçisi bu şərtə «hə» desə, Allaş klub tarixinin ən ödənişli futbolçusu olacaq.
SPORTİNFO.AZ