COP29

Azərbaycanda 38 yaşlı futbolçu ilə müqaviləni uzatdılar

26 İyun 08:40 Qəbələ 953
Azərbaycanda 38 yaşlı futbolçu ilə müqaviləni uzatdılar

“Qəbələ” Asif Məmmədovla müqavilənin müddətini uzadıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti qarşıdakı 1 il üçün nəzərdə tutulub.

“Qırmızı-qaralar”ın kapitanı 2024-2025-ci illər mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

qebele-38-yasli-futbolcu-ile-muqavileni-uzatdi

2015-ci ilin yayından Qəbələ klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi 2006/2007 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib.

O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb. A.Məmmədov Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?