Adını dəyişən klub bu liqada daha nə etsin ki..?

27 Aprel 15:40 Qəbələ 886
Adını dəyişən klub bu liqada daha nə etsin ki..?

I Liqada çempion müəyyənləşib. “Qəbələ” MOİK üzərində 1:0 hesablı ev qələbəsi ilə sona 4 tur qalmış qızıl medallara sahib çıxıb.

Sportinfo.az xəbər verir ki, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda xallarını 58-ə çatdırıb.

I Liqanın lideri 2-ci pilləni 14 xal qabaqladığı üçün 1-ci yeri təmin edib.

Bu, “qırmızı-qaralar”ın ikinci belə uğurudur. Bölgə təmsilçisi 2005/06 mövsümündə də birinci dəstənin qalibi olub.

Həmin vaxt Xanları təmsil edən “Gilan” sonradan Qəbələyə köçüb, bir müddət sonra adını da dəyişib

“Qəbələ” müxtəlif illərdə I dəstə və I divizion adlanan I Liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır.

Bunadək 5 komanda - “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” I Liqada çempionluq sayında rekorda sahib olub. Ümumilikdə, 26 klub aşağı dəstədə 1-ci yeri tutub.

Düzdür, 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.

I Liqanın qalibləri

1992. ANS Pivani (Bakı)

1993. Xəzri (Buzovna)

1993/94. Azneftyağ (Bakı) və Zabrat

1994/95. Şəmkir

1995/96. Xəzər (Sumqayıt)

1996/97. Göyçay

1999/2000. Şahdağ (Quba)

2000/01. MOİK (Bakı)

2001/02. Lokomotiv (İmişli)

2003/04. Gənclərbirliyi (Sumqayıt)

2004/05. Şüvəlan (Bakı)

2005/06. Qəbələ

2006/07. Masallı

2007/08. Bakılı

2008/09. ABN (Bərdə)

2009/10. Kəpəz (Gəncə)

2010/11. Abşeron (Bakı)

2011/12. Qaradağ Lökbatan (Bakı)

2012/13. Ağsu

2013/14. Araz Naxçıvan

2014/15. Neftçala

2015/16. Neftçala

2016/17. Turan Tovuz

2017/18. Xəzər (Bakı)

2018/19. MOİK (Bakı)

2019/20. Turan Tovuz

2020/21. Neftçi-2 (Bakı)

2021/22. Qaradağ Lökbatan (Bakı)

2022/23. Araz Naxçıvan

2023/24. Şamaxı

2024/25. Qəbələ

Turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 20:00 Çək və bizə göndər!