
Premyer Liqaya vəsiqə qazanan «Qəbələ»nin rəhbərliyi maraqlı qərar qəbul edib.
Bir ildən sonra elitaya geri dönən «qırmızı-qaralar» Bakıda məskunlaşmayacaq.
Komanda doğma rayonda yerləşəcək və gündəlik məşqlərini öz bazasında keçirəcək.
Klub funksionerləri ilə baş məşqçi Kaxaber Sxadadze arasında keçirilən görüşdə bununla bağlı müzakirə olunub və ümumi razılığa gəlinib.
Seçim futbolçuların olacaq - kim istəsə oteldə yerləşəcək, ya da ona ayrıca ev tutulacaq.
Əyalət təmsilçisi illər uzunu Bakıda qərar tutub. Roman Qriqorçukun baş məşqçi postunu tutduğu dönəmdən etibarən. Ondan sonra gələn sükançılar da paytaxtı seçib.
Bu tələb futboçluların olub. Xüsusən də legionerlər. Əcnəbi oyunçular Qəbələdə həyatın onlara cansıxıcı gəldiyini bildirərək, Bakıda məskunlaşmanın təməlini atıblar.
SPORTİNFO.AZ