
Bu gün I Liqada 21-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son oyun gününə 2 görüş nəzərdə tutulub.
2-ci yerdəki "Karvan" 3-cü pillədəki "İmişli"ni qəbul edib. İkincilik uğrunda oynanılan matç 1:1 hesablı heç-heçə ilə bitib.
Lider "Qəbələ" evdə "Difai" ilə qarşılaşıb. Bu görüş isə meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Karvan” – “İmişli” 1:1
Qollar: R.Hüseynov, 73 – O.Timilehin, 7
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Rəhman Aslanov, Ruslan Quliyev
Yevlax şəhər stadionu
“Qəbələ” – “Difai” 4:0
Qollar: D.Massumo, 7; E.Tağıyev, 17; N.Əliyev, 18, 57
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Sadiq Əliyev, Niyaz Əhmədov
Qəbələ şəhər stadionu