Premyer Liqaya çempion kimi qayıtmaq üçün bu qədər pul alacaqlar - BÖYÜK MÜKAFAT!

7 Aprel 21:00 Qəbələ 1 697
Premyer Liqaya çempion kimi qayıtmaq üçün bu qədər pul alacaqlar - BÖYÜK MÜKAFAT!

Premyer Liqaya vəsiqə qazanan ilk komanda bəlli olub.

Bu, I Liqanın XX turunda dəqiqləşib.

Yarışın lideri “Qəbələ” səfərdə “Baku Sportinq”lə qarşılaşıb. Kaxaber Tsxadadzenin komandası 5:0 hesablı qələbə qazanıblar.

“Qırmızı-qaralar” bununla da xallarının sayını 52-yə çatdırıb. 4-cü pillədə qərarlaşan “Baku Sportinq”lə fərqi 26-ya çatdıran “Qəbələ” sona 7 tur qalmış ilk “üçlük”də yerini təmin edib.

Premyer Liqaya 3 komanda yüksələcəyindən, “qırmızı-qaralar” bununla da elitaya vəsiqə qazanıb. Digər iki vəsiqənin sahibləri qarşıdakı turlarda bəlli olacaq.

“Qəbələ” 2006-2024-cü illərdə də Premyer Liqada çıxış edib. Komanda iki dəfə gümüş, üç dəfə bürünc medal qazanıb, həmçinin 2 dəfə kubokun qalibi olub.

Əyalət təmsilçisi I Liqanı çempion kimi bitirərsə, futbolçularına böyük məbləğdə mükafat ödəyəcək. Burada iri rəqəmdan söhbət gedir - 10 min manat.

Göstərilən qədər pulu hər futbolçu almayacaq. Qızıl medalların qazanılmasında kimin rolu nə qədərdirsə, o miqdarda da pay alacaq.

Hesablama zamanı statistika əsas götürələcək. Hansı oyunçu mövsüm ərzində neçə dəqiqə forma geyinib, nə qədər qol vurub və.s.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
April
2025
SunMonTueWedThuFriSat