Azərbaycan futbolunda hər kəsi sevindirən MÜHÜM HADİSƏ!

8 Aprel 21:00 Qəbələ 2 177
Azərbaycan futbolunda hər kəsi sevindirən MÜHÜM HADİSƏ!

"Qəbələ" Premyer Liqaya qayıdışını Binədə rəsmiləşdirdi.

Burada "Sportinq Bakı"nın qonağı olan bölgə klubu 3 xalı darmadağınla əldə etdi - 5:0.

52 xalla turnir cədvəlinin lideri olan Kaxaber Tsxadadzenin yetirmələri ən yaxın izləyicisi "Karvan"dan 14 xal öndədir.

Sona 7 tur qalmış elitaya qayıdışı təkcə klubun azarkeşləri, futbolçular və məşqçilər korpusunu yox, bütün futbol ictimaiyyəti sevindirdi.

Bunu yazılan postlardan, edilən təbriklərdən aydın görmək mümkündür.

Hətta "Qarabağ", "Turan" klubları rəsmi hesablarından təbrik mesajı yazmağı unutmadı.

"Qırmızı qaralar"a olan bu sevgi təsadüf deyil.

Klub rəhbərliyinin illər ərzində özünə qarşı formalaşdırdığı isti münasibətlərin təzahürüdür.

Eləcə 1 faktı demək yetərlidir.

Ötən mövsümün sonu liqadan düşməyin astanasında olan komandanın rəhbərliyi ağlaşma qurmaq, elitada qalmaq üçün istisna qaydaların ətəyində tutmaq yolunu seçmədi.

Mərd-mərdanə getdi, mərd-mərdanə də geri qayıtdı.

Böyümək üçün bundan yaxşı təkan?

İndi qalır, qaldığı yerdən davam etmək.

Bu komandaya Premyer Liqa yaraşır. Həm də kuboklar qazanmaq, medalçılar sırasında yer almaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"