
«Mən bir şeyə əminəm ki, bu gün Premyer Liqada forma geyinən yerli uşaqlar gələn mövsümdə də oynayacaq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
I Liqanın lideri olan «qırmızı-qaralar»ın çalışdırıcısı AFFA İcraiyyə Komitəsinin legioner limitinin ləğvinə dair qərarına münasibət bildirib.
Gürcü mütəxəssisin fikrincə, növbəti mövsümdən tətbiq ediləcək yeniləcək Premyer Liqanın səviyyəsini daha da qaldıracaq:
«Hər bir halda yerli oyunçular istedad baxımından əcnəbilərin kölgəsində qalmayacaqlar. Bunu sizə zəmanət verirəm.
Çünki get-gedə daha çox çalışacaqlar, diqqət çəkmək istəyəcəklər. Avropada da belədir.
Ona görə də rəqabətə öyrəşmək lazımdır. Mən gürcüyəm, ancaq uzun illər Azərbaycanda işləmişəm və bu gün də işləyirəm.
Burada hər zaman rəqabət görmüşəm, bundan zövq almışam. Ümumiyyətlə, idmanın heç bir növündə milliyətçilik ön planda olmamalıdır.
Bacarığa, istedada önəm verilməlidir. Rəqabət yaranandan sonra sizi inandırım, yaxın bir neçə ildə Azərbaycan millisinin nəticələri yaxşılaşacaq».