“Komandamızdan daha bir neçə nəfərin tezliklə yığmaya dəvət alacağını gözləyirəm“

20 Mart 18:35 Qəbələ 327
“Komandamızdan daha bir neçə nəfərin tezliklə yığmaya dəvət alacağını gözləyirəm“

“O vaxt biz “İnter”də işləyəndə nə qədər gənc futbolçu milliyə qədər yüksəlmişdi.

Coşqun Diniyev, Azər Salahlı, Abbas Hüseynov... “.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Bilindiyi kimi, "Qəbələ"nin futbolçusu Şahin Şahniyarov Azərbaycan millisinə çağrılıb.

Yığmanın baş məşqçisi Fernandu Santuş komandanın təlim-məşq toplanışına I Liqa təmsilçisinin 20 yaşlı yarımmüdafiəçini dəvət edib.

Maraqlıdır, bu işdə Kaxaber Tsxadadzenin rolu nə qədərdir? Gürcü çalışdırıcını dinləyək:

“Dinamo Tbilisi”ni çalışdıranda, gənc yaşlarında şans verdiyimiz altı futbolçu Avropa çempionatına vəsiqə qazanan Gürcüstan yığmasının aparıcı üzvünə çevrildi.

Daha səkkiz nəfər isə Niderland və Belçika kimi rəqibləri məğlub edən U-21 millimizin sıralarına qatılmışdı.

Şadam ki, indi də “Qəbələ“nin cavanları diqqət mərkəzindədir. Komandamızdan daha bir neçə nəfərin tezliklə yığmaya dəvət alacağını gözləyirəm“.

Digər Xəbərlər
Xəbər Lenti