Bölgə klubu hakimi vuran futbolçunu komandadan QOVDU!

6 Fevral 23:40 Qəbələ 1 293
Bölgə klubu hakimi vuran futbolçunu komandadan QOVDU!

"Qəbələ” U-15 komandasının futbolçusu Emil Təhməzov 10 oyunluq cəzalanıb.

AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya futbolçunun fevralın 2-də AFFA U-15 Liqasında “Asta”ya qarşı matçdan sonra hakimə fiziki təzyiq göstərməsi (əli ilə vurması) səbəb olub.

Təhməz canını təkcə bu cəza ilə qurtara bilməyib.

Gənc futbolçunun intizamsız hərəkətinə klub da göz yummayıb.

O, etdiyi hərəkətə görə akademiyadan qovulub.

U-15 komandasının baş məşqçisinə isə pul cəzası kəsilərək xəbərdarlıq olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"