Premyer Liqaya vəsiqə uğrunda mübarizədə favorit olan «Qəbələ» düşərgəyə 2 yeni legioner dəvət edib.
«Qırmızı-qaralar»ın baxışa çağırdığı əcnəbilərin hər ikisi Nigeriyadandır.
2005-ci il təvəllüdlü Abolade Akorede hücum mövqeyində çıxış edir.
Ondan 1 yaş kiçik olan Akevusola Oluvasequ ampluaca yarımmüdafiəçtdir. Baş məşqçi Kaxaber Sxadadze afrikalı cütlük barədə yekun qərarını yaxın günlərdə verəcək.
«Qəbələ» 11 turdan sonra I Liqanın turnir cədvəlinə başçılıq eləyir. Əyalət klubunun aktivində 29 xal var.
SPORTİNFO.AZ