"Qəbələ” mövsümün ikinci hissəsinin hazırlığına start verib.
Sportinfo.az xəbər verir ki, I Liqada XI turun dekabrın 24-də keçirilən “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bir araya gəlib.
Komanda qış təlim-məşq toplanışına Qəbələdə başlayıb. 2025-ci ilin ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub.
Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub.