AFFA-nın yeni rəhbərliyi ümidləri doğrultmur.
Futbol qurumunda dəyişikliklərdən 8 aydan çox vaxt ötüb, lakin hansısa istiqamətdə müsbət addımların şahidi olmamışıq.
Sportinfo.az xəbər verir ki, İcraiyyə Komitəsində azsaylı ümidverici qərarlar qəbul edilib.
Əfsus ki, onların icrası da yaddan çıxıb. AFFA görüntü xatirinə bəzi addımlar atıb, lakin onların reallaşdırılması yaddan çıxıb.
Məsələn, iyunun əvvəlində AFFA İcraiyyə Komitəsinin növbətinda “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 manat maliyyə vəsaitinin ayrılması qərara alınmışdı.
Lakin üstündən 6 aydan çox müddət keçməsinə baxmayaraq, hələ də bölgə klubuna bir qəpik ödənilməyib.
6 aya 1 xal toplayan millinin baş məşqçisi Fernandu Santuşa milyonlar xərcləyən AFFA son illər ölkə futboluna saysız istedad qazandıran “Qəbələ”ni ümumiyyətlə yaddan çıxarıb.
Heç akademiyanın problemləri ilə maraqlanan da yoxdur. Klub rəhbərliyi hələlik daxili imkanlar hesabına vəziyyətdən çıxmağa çalışır.
Bütün məsələlərdə bu cür məsuliyyətsiz davrann AFFA ölkə futbolunu daha da bərbad duruma salmaqdadır.
Qurumda hələ ki, dost-tanışın müxtəlif postlara təyinatı, rəhbərliyə bağlı olan şirkətlərin əməkdaşlığa cəlb edilməsi prosesi gedir.
P.S.: Uşaq liqasında oyuna hakim göndərməyi unudan AFFA-nın yadına “Qəbələ” necə düşə bilər ki? (futbolinfo.az)