I Liqada cari mövsümün ən böyük ödənişi edilib.
Səkkizinci turda «Karvan»a səfərdə 1:0 hesabıyla qalib gələn «Qəbələ»nin rəhbərliyi futbolçulara böyük miqdarda mükafat verib.
Nuğay Rəşidovun 88-ci dəqiqədə vurduğu qolla aktivinə 3 xal yazan və turnir cədvəlində liderliyə yüksələn «qırmızı-qaralar» hərəyə 500 dollar qazanıb.
Maraq üçün bildirək ki, I Liqada rekord «Difai»yə məxsusdur. «Fədailər» ötən mövsüm bu göstəricini müəyyənləşdirib.
11-ci turda «Karvan»ı 1:0 hesabıyla üstələyən və beləcə, çempionatda ilk qalibiyyətini əldə edən qazilərin komandasına 30 min manat mükafat verilib.
Klubun vitse-prezidenti Cavidan Qorciyev futbolçuları isti-isti, elə paltardəyişmə otağında sevindirib.
SPORTİNFO.AZ