"Qəbələ"nin kapitanı Asif Məmmədov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli futbolçu ilk olaraq komandasının arxada qalan 7 turda göstərdiyi performansı qiymətləndirib::
"Hələki işlər pis deyil, istədiyimiz kimi gedir. Düzdü, iki oyunda bərabərlik qeydə alınıb.
Amma 90% arzuladığımız vəziyyətdəyik. Qapımızdan qol buraxmamışıq. Məqsədimiz Premyer Liqaya qayıtmaqdır".
Uzun illər yüksək liqada top qovmuş Məmmədov Birinci Liqanın səviyyəsi barədə də qısaca danışıb:
"Məsələn, mən özüm də Premyer Liqa komandasından aşağı liqaya baxanda asan görünürdü. Düzdü, infrastruktur baxımından çox öndəyik.
Amma bu gün Birinci Liqada yer alırsansa, səviyyə eyniləşir. Axı sənin 200 minlik futbolçun yoxdur.
Aşağı-yuxarı maaş büdcəsi bütün klublarda eynidir. Necə gözləyirdimsə, elə də görürəm".
Məmmədov sonda səmimi etirafla yadda qalıb:
"Bəli, Premyer Liqa üçün darıxırıq. Bu cür şəraiti olan komanda Birinci Liqaya yaraşmır.
Ona görə də əlimizdən gələni edəcəyik ki, yeni mövsüm elitada yer alaq".
XANOĞLAN