"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sportinfo.az-a müsahibə verib.
- Ağır zədədən sonra rəsmi oyunlara çıxırsan. Özünü necə hiss edirsən?
- Hər şey qaydasındadır. Fiziki durumum da hər keçən gün yaxşılaşır. Şans aldıqca oynamaq istəyirəm. İnşallah, daha yaxşı olaram.
- Komandanın çıxışını necə qiymətləndirirsən?
- Şükürlər olsun Allaha. Hələ ki, işlər yolunda gedir. Uğurlu çıxış etdiyimizi deyərdim.
- Amma göstərdiyiniz oyun tənqid olunur. Səncə, bu nə ilə bağlıdır?
- Kimin nə dediyi bizi çox maraqlandırmır. Öz işimizə baxırıq. Maksimum nəticəni qazanmaq istəyirik. Məncə, nəticələrimiz kimi oyunumuz da yaxşıdır.
- "Qəbələ"siz Premyer Liqa kənardan necə görünür?
- Çox maraqsız.
- Qayıtmaq üçün darıxırsız?
- Düzdü, darıxırıq. Lakin onu da bilirik ki, səbrli olub, işimizi görmək vacibdir.
XANOĞLAN İMANOV