Murad Musayev gələcək karyerası ilə bağlı yekun qərarını verib.
Təcrübəli müdafiəçi "Qəbələ"də qalmağa razılaşıb.
Musayev "qırmızı qaralar"ın yetirməsidir.
2019-cu ildən bu klubun şərəfini qoruyur.
Yayda bölgə klubu ilə müqaviləsi bitən futbolçu azad agent idi.
O, ağır zədədən yeni qayıdıb.
Ötən mövsümün sonuncu turunun "Sumqayıt"la səfər oyununda ciddi xəsarət olan arxa xətt oyunçusu Türkiyədə əməliyyat olunub.
Onun bütün xərclərini "qırmızı qaralar"ın rəhbərliyi üzərinə götürüb.
Bir müddətdir fərdi məşqlər edən "28 nömrə" təxminən 2 həftə sonra kollektiv çalışmalara qoşulacaq.
Kaxaber Tsxadadze ən geci Birinci Liqanın 2-ci dövrəsində onun xidmətindən istifadə edə biləcək.
Musayev "Qəbələ" formasında meydana çıxdığı 138 oyunda 4 qol, 2 asistlə yadda qalıb.
O, karyerası ərzində "Zirə" və "Səbail"də də çıxış edib.
XANOĞLAN/ SPORTİNFO.AZ