COP29

"Qəbələ" - Belə-belə işlər...

26 Sentyabr 03:00 Qəbələ 218
"Qəbələ" - Belə-belə işlər...

“Qəbələ” I Liqqanın 3-cü turunda “Mingəçevir”lə görüşəcək.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək görüş “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olacaq.

Komanda tarixinin 700-cü matçına çıxacaq. İndiyədək 699 oyun keçirən “Qəbələ” Premyer Liqada 540, ölkə kubokunda 85, avrokuboklarda 42, 1-ci liqada 32 qarşılaşmada qüvvəsini sınayıb.

“Qırmızı-qaralar” bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran komanda 794 top buraxıb.

“Qırmızı-qaralar” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. "Qəbələ" 1-ci dəstənin ev görüşündə 8:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti