COP29

Fransanın məşhur klubunun istədiyi hücumçu Azərbaycanda - SON DƏQİQƏ

18 Sentyabr 14:40 Qəbələ 5 257
Fransanın məşhur klubunun istədiyi hücumçu Azərbaycanda - SON DƏQİQƏ

Birinci liqada yeni mövsümə qələbə ilə başlaya bilməyən “Qəbələ” transferlərə davam edir.

“Zaqatala” ilə evdə keçirilən matçda qolsuz bərabərliyə imza atan “qırmızı-qaralar” düşərgəsinə daha bir legioner gətirib.

Premyer Liqaya qayıtmağı hədəfləyən əyalət təmsilçisi El Bekaye Diakite ilə anlaşmağa yaxındır. Qəbələnin eyniadlı komandası seneqallı hücumçuya 2 illik müqavilə təklif edib.

24 yaşlı Diakite bu ölkənin çempionatında çox tanınan biridir. 2020-ci ildə “Qudyavay”da oynayarkən bir neçə Avropa klubu ona təklif göndərib.

Bu siyahıya Fransanın məşhur komandalarından “Sent-Etyen” də daxil olub. Lakin COVİD-19 pandemiyasına görə onun “köhnə dünya”ya keçidi həmin vaxt gerçəkləşməyib.

SPORTİNFO.AZ.

El Bekaye Diakité

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!