COP29

“Mən onların nəticəyə görə necə böyük bayram etdiklərini də gördüm”

14 Sentyabr 08:50 Qəbələ 484
“Mən onların nəticəyə görə necə böyük bayram etdiklərini də gördüm”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan 1-ci Liqasının ilk turunda “Zaqatala” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, o, deyib:

“Çempionatda birinci oyunlar hər zaman həyəcanlı və çətin olur. Futbolçulardan razıyam.

Hamısı əziyyət çəkdilər, qol imkanlarımız da oldu. Lakin daha çox qol epizodları yaratmaq və onları dəyərləndirmək lazımdır.

Rəqibimiz də yaxşı oynadı. Ümumilikdə deyə bilərəm ki, yaxşı oyun oldu.

Heyətimizin 95 faizi dəyişib. Buna baxmayaraq rəqiblərimiz də bizə qarşı çox böyük motivasiya ilə oynayırlar.

Mən rəqib komandanın nəticəyə görə necə böyük bayram etdiklərini də gördüm.

Bizdə də yaxşı oyun gördük. Amma hücumda keyfiyyəti daha da artırmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?