COP29

Burada üzlər gülür - Afrikalı forvardla bağlı problem öz həllini tapdı

3 Sentyabr 21:20 Qəbələ 1 271
Burada üzlər gülür - Afrikalı forvardla bağlı problem öz həllini tapdı

Hepatit B virusu aşkarlandığına görə ötən mövsümün gedişində “Kəpəz”dən qalmaqalla göndərilən Abdullahi Şuaybu yenidən Azərbaycana qayıtdığını bir müddət əvvəl xəbər vermişdik.

Forvard 1 aya yaxındır "Qəbələnin düşərgəsindədir.

Yoxlama oyunlarında iştirak edir, qollarını vurur.

Amma bəstəboy hücumçunun rəsmi görüşlərdə meydana çıxıb-çıxmayacağı sual olaraq qalırdı.

Bunun üçün sağlamlıq kağızına sahib olması şərtdir.

Artıq bu problem də aradan qaldırılıb.

Klub afrikalı futbolçunu müayinədən keçirib.

Özü də iki dəfə.

Və hər hansı problem aşkarlanmayıb.

Bu isə o deməkdir ki, Abdullah Şuaybunu yeni mövsüm Birinci Liqada görə biləcəyik.

Əlavə edək ki, Şuaybu “Kəpəz”dən göndərildikdən sonra heç bir peşəkar klubda çıxış etməyib. O, ötən 6 ayda ölkəsində həvəskar səviyyədə futbol oynayıb.

2022-ci ilin yayında “Şerif”dən "Kəpəz"ə gəlmiş forvardın qərb təmsilçisində çıxdığı 45 matçda 13 qol, 5 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti