COP29

“Razı qaldım, hər şey istədiyimiz kimi oldu"

30 Avqust 01:20 Qəbələ 388
“Razı qaldım, hər şey istədiyimiz kimi oldu"

"Qəbələ" 2024-2025-ci illər mövsümünə hazırlıq çərçivəsində “Cəbrayıl”la yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın 4:1 hesabı ilə qalib gəldiyi matçdan sonra bölgə klubunun baş məşqçisi Kaxaber Tsxadadze fikirlərini gabalafc.az-a açıqlayıb:

"Yoldaşlıq oyunu idi. Əlbəttə ki, nəticə olaraq razı qaldım.

Meydança amilinin bizə çətinlik yaradacağını bilirdik. Buna baxmayaraq, öhdəsindən gəlməyi bacardıq, meydanda istədiyimi görə bildim.

Lakin, yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündür ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən.

Nəticə etibarilə, komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi