COP29

"Qəbələ"dən sonuncu... 4:1

29 Avqust 08:20 Qəbələ 477
"Qəbələ"dən sonuncu... 4:1

"Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri yeni mövsümə hazırlıq çərçivəsində “Cəbrayıl”la üz-üzə gəlib.

Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matç “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib.

“Qəbələ” paytaxtda keçirilən görüşdə böyükhesablı qələbə qazanıb – 4:1. Komandanın qollarına Asif Məmmədov, Ürfan İsmayılov, Domi Jaures və Sənan Ağalarov imza atıblar.

Bu, “qırmızı-qaralar”ın mövsümə hazırlıq çərçivəsində 5-ci sınağı olub. Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən komandamız “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2) və “Mingəçevir”ə (4:0) qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi