COP29

Tsxadadze bu forvardın keçidinə "okey" verdi

20 Avqust 23:00 Qəbələ 1 908
Tsxadadze bu forvardın keçidinə "okey" verdi

Yeni mövsüm üçün iddialı heyət quran "Qəbələ" daha bir futbolunun keçidini həll edib.

Bu, hücumçu Ruslan Voronsovdur.

Bir müddətdir bölgə klubunda yoxlanışda olan təcrübəli forvardın performansı baş məşqçi Kaxaber Tsxadadzeni razı salıb.

28 yaşlı forvard son mövsümü İkinci Liqada çıxış edən "Cəbrayıl"da keçirib.

O, MOİK, "Karvan", "Şəmkir", "Ağsu", "Qaradağ Lökbatan" və "Simurq" klublarında forma geyinib.

Qısa müddət isə Kiprdə legioner həyatı yaşayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…