COP29

Yeni gələnlər “Qəbələ”ni 5 dəfə sevindirdi

17 Avqust 02:10 Qəbələ 675
Yeni gələnlər “Qəbələ”ni 5 dəfə sevindirdi

“Qəbələ” və “Cəbrayıl” arasında yoxlama görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma “Qəbələ”nin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Domi Jaures dubla imza atıb. Komandanın digər qollarını Abdullahi Şuaybu, Elvin Yunuszadə və Mehrac Baxşalı vurublar.

Bu, “qırmızı-qaralar”ın yeni mövsümə hazırlıq çərçivəsində 3-cü sınağı olub. “Qəbələ” bunadək Küveytin "Əl-Yarmuk" (2:2) klubu və “Zaqatala” (2:0) ilə qarşılaşıb.

"Cəbrayıl" isə daha əvvəl MOİK-ə 1:3, "Şamaxı"ya 0:4 hesabı ilə uduzub. Bölgə təmsilçisi "Səbail U-19"a 7:0, "Difai"yə isə 4:3 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti