"Qəbələ" yeni mövsümə hazırlıqlarını davam etdirir.
Doğma rayonda baş tutan toplanışda bir neçə əcnəbi futbolçunun baxışda olduğunu xəbər vermişdik.
Artıq baş məşqçi Kaxaber Tsxadadze yoxlanışda olanlarla bağlı qərarını verib.
Bir müddətdir "qırmızı qaralar"ın düşərgəsində olan 3 legionerdən 2-si gürcüstanlı mütəxəssisin diqqətini çəkə bilməyib.
Bu səbəbdən onlar vətənlərinə yola salınıb.
Tsxadadze yalnız 1 nəfərin sınaqdan keçməsi üçün hələ də düşərgədə qalmasını məqsədəuyğun hesab edib.
Maraq üçün bildirək ki, Birinci Liqa gələn ay start götürəcək.
"Qəbələ" ilk oyunda "Zaqatala"nı qəbul edəcək.
XANOĞLAN / SPORTİNFO.AZ