COP29

"Qəbələ" 4 sparrinqin üzərində dayandı

14 Avqust 01:10 Qəbələ 1 064
"Qəbələ" 4 sparrinqin üzərində dayandı

“Qəbələ” 2024-2025-ci illər mövsümünün hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “Zaqatala” ilə yoxlama oyunundan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələcək.

Komanda hazırlığın ikinci mərhələsinə günün ikinci yarısında baş tutacaq məşqlə start verəcək.

Qəbələ şəhər stadionunda davam edəcək hazırlıq prosesində daha 4 yoxlama oyunu baş tutacaq. “Qəbələ” avqustun 16-da “Cəbrayil”, 19-da “Mingəçevir”lə üz-üzə gələcək.

Digər iki matç ayın 24-də və 28-də keçiriləcək. Bu yoxlama oyunlarındakı rəqiblər barədə məlumat veriləcək.

"Qırmızı-qaralar” mövsümlərarası dövrdə artıq iki görüş keçirib. Küveytin "Əl-Yarmuk" klubu ilə heç-heçə edən (2:2) komanda “Zaqatala”ya 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti