Azərbaycan millisinin sabiq üzvü Elvin Yuniszadənin yeni klubu məlum olub.
"Neftçi"nin yetirməsi yeni mövsümü iddialı heyət quran "Qəbələ"də keçirəcək.
Birinci Liqa təmsilçisi təcrübəli müdafiəçi ilə müqavilə imzalayıb.
Son mövsümü "İrəvan"da keçirən 31 yaşlı arxa xətt oyunçusu ölkəmizdə "Neftçi", "Qarabağ", "Sabah", "Səbail" və "Kəpəz" kimi klubların formasını geyinib.
O, qısa müddət Şimali Makedoniya və Bosniya Herseqovinada legioner həyatı yaşayıb.
XANOĞLAN / SPORTİNFO.AZ