COP29

Azərbaycanda çalışan tanınmış məşqçi 3 legioneri gələcək planlarından kənarda tutdu

10 Avqust 14:40 Qəbələ 1 480
Azərbaycanda çalışan tanınmış məşqçi 3 legioneri gələcək planlarından kənarda tutdu

"Qəbələ" hazırda komandaya məxsus olan 3 legioneri yeni mövsüm üçün sifariş etməyəcək.

Söhbət qapıçı Kristof Atanqana, müdafiəçi Zurab Oçiqava və vinger Samuel Tettedən gedir.

Kaxaber Tsxadadze hər üç əcnəbi də gələcək planlarına daxil etməyib.

Bu səbəbdən adıçəkilən legionerlər hazırda doğma rayonda təlim-məşq toplanışı keçən kollektivlə birgə deyil.

"Qırmızı qaralar"ın təklif etdiyi kompensasiya məbləği ilə razılaşmayan "üçlük" fərdi məşqlər edir.

Müqavilə şərtlərinə sadiq qalan bölgə klubu onların Qəbələ şəhər stadionunda əlavə məşqçi ayrılmaqla məşq etməsi üçün lazım olan şəraiti yaradıb.

Gəlmələr klubun ayrılıq təklifi ilə sona kimi razılaşmasalar müqavilələrinin sonuna kimi indiki qaydada məşqlərinə davam edəcəklər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti