COP29

"Neftçi"nin üz çevirdiyi tanınmış niyə Birinci Liqaya üz tutdu?

3 Avqust 21:00 Qəbələ 1 635
"Neftçi"nin üz çevirdiyi tanınmış niyə Birinci Liqaya üz tutdu?

Birinci Liqada çıxış edəcək "Qəbələ" yaxşı heyət formalaşdırmaqda qərarlıdır.

Hər halda Azərbaycan millisinin qolkiperi Səlahət Ağayevin bölgə klubuna keçidi sıradan olay deyil.

O, ötən mövsüm "Səbail"də 10 min manat maaşa oynayırdı.

Maliyyə sıxıntısı yaşayan Bayıl təmsilçisi sezonun sonu qolkiperə bir qədər aşağı məvacib qarşılığında qalmaq təklif etmişdi.

Lakin Ağayev buna qarşı çıxaraq getməyi seçdi.

Məlum məsələlər üzündən onun "Neftçi"yə də keçidi baş tutmadı.

İndi isə sorağı Birinci Liqa klubundan gəlir.

Hər kəsi düşündürən də budur - niyə?

Sualın bir neçə əsaslı cavabı var.

Kaxaber Tsxadadze şəxsən Səlahətdən komandasına gəlməsinə xahiş edib. Bilməyənlər agah olsun ki, təcrübəli kiper bir zamanlar "İnter"də (indiki "Şamaxı") gürcüstanlı çalışdırıcının rəhbərliyi altında parlayıb. O, üzərində əməyi olan məşqçinin çağrışına yox demək istəməyib.

Digər əsas səbəb isə növbəti mövsümlə bağlı verilən vədlərdir.

Əgər "qırmızı qaralar" 1 illik fasilədən sonra elitaya qayıtsa, Səlahət ən ödənişli futbolçulardan biri olacaq. Uzunmüddətli yeni anlaşma imzalanacaq.

Klubsuz qalmaq ehtimalının yüksək olduğunu görən kiper sonda bu cür qərar verməli olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti