I Liada yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportinfo.az xəbər verir ki, qapıçı Səlahət Ağayev yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Son klubu “Səbail” olan Ağayev 2022-2023-cü illər mövsümündə də “Qəbələ”nin formasını geyinib.
O, komandada 34 oyun keçirib. Qolkiper Premyer Liqada 30, ölkə kubokunda 2, avrokuboklarda 2 matça çıxıb.
Qapıçı karyerası ərzində Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016), “Neftçi” (2017-2021), “Sabah” (2021-22) və “Səbail”in (2023-24) də formasını geyinib.
2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.
“Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.