COP29

Ərəblər Qəbələ üçün ölkəmizə qonaq gələcəklər

5 İyul 22:40 Qəbələ 2 630
Ərəblər Qəbələ üçün ölkəmizə qonaq gələcəklər

Hazırda “Turan Tovuz” yay toplanışının ilk bölümünü Qəbələdə keçirir.

Yaxın günlərdə “Kəpəz” və “Şamaxı” da adıçəkilən bölgəyə üz tutacaq.

Birincilər “Turan” və “Şamaxı” ilə yoxlama görüşləri üçün buraya qonaq gedəcəksə, “şirlər” yeni mövsümə hazırlığın ikinci mərhələsini bütövlükdə Qəbələ şəhər stadionunda keçirəcək.

Yeni mövsüm Birinci Liqada çıxış edəcək “Qəbələ”nin təmsil olunduğu şəhərin qonaqları bununla da yekunlaşmır.

Yerli komandalarla bərabər, əcnəbi klublardan da dağların qoynunda yerləşən bazanı seçənlər var.

Söhbət Küveyt City Academy və Aspire Football Academy təmsilçilərindən gedir.

Ərəblərin ölkəmizdəki planı da məlumdur.

Birincilər 20-31 iyul tarixlərində "Qafqaz Resort" hoteldə məskunlaşacaqlar.

İkincilər isə 18-30 avqust aralığında bölgə klubunun bazasından yararlanacaq.

Hər iki akademiya təmsilçiləri təlim-məşq toplanışı və yoxlama oyunlarını Qəbələ şəhər stadionunda keçirəcəklər.

Əlavə edək ki, Premyer Liqa klublarının da Qətər və Küveytdən gələn futbol klubları ilə sınaq matçı keçirməsi gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq