COP29

“Azərbaycanlı futbolçulardan heç kim aşağı dəstədə oynamaq istəmir”

2 İyul 21:00 Qəbələ 714
“Azərbaycanlı futbolçulardan heç kim aşağı dəstədə oynamaq istəmir”

“Bu gün məni narahat edən nədir? Birinci Liqada işimiz çətin olacaq, həm də çox çətin”.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Sportinfo.az-a açıqlamasında belə deyib.

“Qırmızı-qaralar”ı Premyer Liqada saxlaya bilməyən gürcüstanlı çalışdırıcı növbəti mövsümlə bağlı qayğılarını dilinə gətirib:

“Əvvəla büdcəmiz ötən ilə nisbətən çox-çox aşağıdır. İkinci tərəfdən Premyer Liqada heyətə 12-13 legioner cəlb edə bilirdiksə, artıq belə bir şansımız yoxdur.

Limitə uyğun addım atmağa məcburuq. Və ən vacibi, azərbaycanlı futbolçulardan demək olar heç kim aşağı dəstədə oynamaq istəmir.

Ötən mövsüm “Qəbələ”nin ən böyük problemi seleksiya ilə bağlı idi. Komandada qələbə ruhu yox idi.

Bunun olması üçün qələbə ruhlu futbolçuları cəlb etmək lazım idi. Ona görə də seleksiya işlərində son dərəcə diqqətli olmağımız vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO