COP29

İspanlar gürcülərin sensasiya etməsinə imkan vermədi

1 İyul 01:10 Qəbələ 289
İspanlar gürcülərin sensasiya etməsinə imkan vermədi

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya - Gürcüstan qarşılaşması başa çatıb.

Sportinfo.az xəbər verir ki, İspaniya rəqibini 4:1 hesabı ilə məğlub edib.

Qarşılaşmanın 18-ci dəqiqəsində Robin Le Normand avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib.

Ardınca Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo qoyub.

O, 83-cü dəqiqədə komandasının 4-cü qolunu rəqib qapısından keçirib.

İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Görüş iyulun 5-də Ştutqart şəhərindəki "MHP Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti