“Tsxadadze məşqçi kimi paslanmadığını göstərməyə çalışır”.
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Kaxaber Sxadadzenin 9 illik fasilədən sonra Azərbaycana dönüşünə və “Qəbələ”ni Premyer Liqada saxlaya bilməməsinə şərh verib.
Bildirib ki, gürcü qarşısına qoyulan məqsədə çatmasa da, məşqçi imicini itirməmək üçün əlindən gələni əsirgəmir.
O, Kaxanın “İnter”lı (indiki “Şamaxı) ilə qazandığı nəticələri nəzərdə tutaraq, vaxtilə böyük işlər gördüyünü xatırladıb.
Tanınmış ekspert son 3 turda qələbə qazanan “Qəbələ”nin bəzi maraqlı klublar tərəfindən stimullaşdırıldığını istisna etməyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: