COP29

Günün adamı bölgədə necə qarşılandı? - VİDEO

19 May 19:00 Qəbələ 1 046
Günün adamı bölgədə necə qarşılandı? - VİDEO

“Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşmasında ən maraqlı məqam qonaq komandanın baş məşqçisinin adıyla bağlı idi.

2011-2013-cü illər aralığında “Qəbələ”nin formasını geyinən, sonradan akademiyada çalışaraq 2019-cu ildə əsas komandanın başına keçən Elmar Baxşıyev.

Təcrübəli mütəxəssis özünə doğma olan şəhərə və stadiona bu dəfə qonaq qismində təşrif buyurmuşdu ki, Baxşıyevin yerli azarkeşlər tərəfindən necə qarşılanacağı maraq doğururdu.

Futbolçuların isinmə hərəkətləri etdiyi müddətdə meydanda görünməyən Elmar bəy qazona hakimlər və futbolçularla birgə ayaq basdı.

Tribunalardan xüsusi dəstək gördüyünü demək çətindir. Nə adını səsləndirdilər, nə də alqışladılar. Bu, çox güman, komandanın elitanı tərk etməsinə görəydi.

Baxşıyev texniki zonadakı yerini tutandan sonra xələfi Kaxaber Tsxadadzeyə tərəf yön aldı.

Bölgə təmsilçisinin keçmiş və indiki baş məşqçilərinin arasındakı dialoqu müəyyənləşdirməkdə çətinlik çəksək də, hərəkətlərindən zarafat etdiklərini hiss etmək çətin olmadı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?