COP29

Azərbaycan klubunun prezidenti iş yerini nazirliyə dəyişir? - SON DƏQİQƏ

9 Fevral 13:00 Qəbələ 4 950
Azərbaycan klubunun prezidenti iş yerini nazirliyə dəyişir? - SON DƏQİQƏ

Uğursuz mövsüm keçirən «Qəbələ» camiəsi narahıatlıq içindədir.

Klubun prezidenti Fariz Nəcəfovun tezliklə görəvindən ayrılması gündəmə gəlib.

Əldə etdiyimiz məlumata görə, 6 ilə yaxındır bu postunu tutan tanınmış funksioner «qırmızı-qaralar»la vidalaşmaq niyyətindədir.

Vaxtilə karate üzrə dünya çempionu olmuş idarəçənin nazirliklərdən birindən yüksək vəzifə təklifi aldığı bildirilir. 2019-cu ildə Tale Heydərovun istefasından sonra görəvə gəlmiş Nəcəfovun yen çağırışa müsbət yanaşdığı söylənilir.

Belə xəbərin məhz indi yayılması heç də təsadüfə oxşamır. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Qəbələ»ni himayəsinə götürmək fikrində olan şəxsin kimliyi haqda informasiyalar dolaşır.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin sabiq rəisi Adnan Əhmədzadənin adı çəkilir.

Neft şirkətindən ayrılandan sonra iş adamı kimi Avropada öz biznesini quran Əhmədzadənin elita klubuna böyük miqdarda vəsait avyırmağı planlaşdırması haqda bilgilər var.

Argentinalı ulduz Lionel Messinin dostu kimi tanınan A.Əhmədzadənin «Qəbələ» ilə bağlı geniş layihələrinin olması bildirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?