“Qəbələ” xeyli müddətdir vacib oyunçularından birinin yoxluğundan əziyyət çəkir.
Ötən mövsüm bölgə təmsilçisinin heyətində meydana çıxdığı 31 qarşılaşmada 2 qola imzasını yazdıran israilli dayaq yarımmüdafiəçisi çempionatın sonuna yaxın zədələnmişdi.
Feras məcburi əməliyyat masasına uzanmış, iyulda ön çarpaz bağlarından əməliyyat olunmuşdu.
Üstündən 5-6 ay vaxt ötməsinə baxmayaraq, 26 yaşlı futbolçu hələ də vətəni İsraildədir, yaşıl meydanlara dönüşü barədə konkret məlumat verilmir.
Feras Sportinfo.az-a açıqlamasında hazırkı durumu və qayıdışı barədə danışıb:
“Özümü əvvəlki həftələrə nisbətən çox-çox yaxşı hiss edirəm. Artıq bir müddətdir ki, məşqlərə başlamışam.
Tullanıram, qaçıram. Lakin bunları asta-asta edirəm. Birdən-birə gücə salmaq olmaz.
Yaşıl meydan üçün çox darıxmışam. Oynayacağım günü səbrsizliklə gözləyirəm.
Yanvarda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəyəm. Nə vaxt oynayacağıma baş məşqçi qərar verəcək
. Fikrimcə, dövrələrarası fasilədə tam gücümlə məşq etməyim mümkün olacaq”.
Feras Abu Akal 2022-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyur.
HƏBİB