"Qəbələ"nin 5 turluq qələbə həsrəti ötən tur başa çatdı.
Bölgə klubu doğma meydanda "Turan Tovuz"u məğlub etdi - 4:0.
Qələbədə əsas pay sahibi isə "qırmızı qaralar"ın fransalı legioneri Bilel Auşeriya oldu.
O, het-trik etməklə yadda qaldı.
Belədə yəqin ki, "Qarabağ"la matçda əsas diqqətlər ona yönələcək.
Görəsən, bu məqam onu narahat etmir?
29 legioner Sportinfo.az-a açıqlamasında bu suala cavab olaraq bunları dedi:
"Bəli, het-trik etmək mənə xoşdur. Bunu hər zaman etmək olmur. Lakin mənim üçün heç nə dəyişməyəcək.
Düşünürəm ki, "Qarabağ" üçün də heç nə dəyişməyəcək. Çünki belə komandalar təkcə bir futbolçuya baxmırlar".
XANOĞLAN