COP29

“Qəbələ”də neçə belə futbolçu var, bilirsiz?

26 Noyabr 2023 22:40 Qəbələ 630
“Qəbələ”də neçə belə futbolçu var, bilirsiz?

Bilel Auaşeriya “Qəbələ”nin tarixinə bir oyunda üç qol vuran 6-cı futbolçu kimi düşüb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı fransalı yarımmüdafiəçi Premyer Liqanın 14-cü turunda fərqlənib.

Bilel “Turan Tovuz”la ev oyununda het-trikə imza atıb. O, birinci hissədə bir, fasilədən sonra iki dəfə rəqib qapısına yol taparaq “Qəbələ”nin 4:0 hesablı qələbəsində pay sahibi olub.

Ona qədər “Qəbələ”nin 5 futbolçusu bir matçda 3 qol vurub. Sonuncu het-trikə 6 il əvvəl kubok oyununda Filip Ozobiç imza atıb.

Ümumiyyətlə, 6 het-trikdən biri UEFA Avropa Liqası, üçü Premyer Liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib.

Teo Uiks avrokuboklarda, Vüsal Qarayevlə Filip Ozobiç kubokda fərqlənibsə, çempionatda Bilelə qədər yalnız Fərzad Hatəmi və Baqali Dabo het-trik müəllifi olub.

Het-triklərdən 4-ü ev, 2-si səfər matçında qeydə alınıb.

“Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?