COP29

Azərbaycanda bu klub da dağılmağa doğru gedir

7 Noyabr 2023 19:40 Qəbələ 7 580
Azərbaycanda bu klub da dağılmağa doğru gedir

"Danışmaqla nəsə düzəlməyəcək, uçurumun dibindəyik".

Hə…

Elmar Baxşıyevdən bu açıqlamanı da eşitdik.

Adətən mətbuat konfransına "ağır oyun olacağını bilirdik" cümləsi ilə başlayan baş məşqçi «Neftçi» ilə matçdan sonra ilk dəfə komandanın üzərindən çirkli tülü yana çəkdi. Bu cəsarətli etiraf/etirazından dolayı Baxşıyevi qutlamaq yerinə düşər.

O, hələ gecikib. Bu açıqlamanı aylar öncə verməli idi. Hər şeyi onda dilə gətirməli idi, gətirmədi.

«Qəbələ» rəhbərliyini hamıdan gizlətməyi düşündü. Hardansa ağlına gəldi ki, belə eləsə, bəlkə bunlar infasa gələrlər, onun əlindən tutarlar.

Daş da dindi, bu idarəçilər yenə yerindən tərpənmədi, qımıldanmadı.

«Qəbələ» çöküşdədir. Ola bilsin, 2-3 ilə klub tamamilə batsın, həyatla vidalaqsın. Baxşıyevi danışdıran başda əyləşənlərin fəaliyyətsizliyi, komandaya biganəliyi, yalnız özlərini və qohum-əqrabalarının fikrini çəkmələridir.

Day boğaza yığılıb, kor-peşmandır. Başına-başına döyür ki, qalstuklu əmilər yayda heyəti dağıdanda, kaş mən də sözümün üstündə dayanardım, burada qalmazdım.

Vaxtında getməməyin zillətini çəkir indi.

Elmar Baxşıyev kimi səbrli, hər məsələni sülh yolu ilə həll etməyə çalışan baş məşqçini gör nə vəziyyətə salıblar ki, «susmaq qızıldır» prinsipindən vaz keçmək məcburiyyətindədir artıq.

Bu, bir günün içində əmələ gələn pessimizin təzahürü deyil a… İllərdir, aylardır yığılıb qalan mənfi enerjinin partlama nöqtəsidir bu.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?