COP29

Utanmadan Avropaya getmək və utandırmaq belə olur!

4 Avqust 2023 11:40 Qəbələ 1 164
Utanmadan Avropaya getmək və utandırmaq belə olur!

Avrokuboklara dörd klubla başladıq.

“Qarabağ” Çempionlar Liqasından ələndi və yoluna Avropa Liqasında davam edəcək.

“Nefrçi” və “Sabah” isə Konfrans Liqasında mübarizədən qopmadı. Üçüncü mərhələ onları gözləyir indi.

Üzümüzü qara edən yeganə iştirakçımız “Qəbələ”dir. Keçən yay olduğu kimi. Kiprdəki qarşılaşmanı izləyənlər çoxdur? Yəqin eləyirəm.

Biri də mən idim. Hesab ətəkdir. 1:4 çox şeyi göstərir, amma ser Aleks Ferqyusonun dediyi kimi, hər şeyi göstərmir.

“Qəbələ”də xoşuma gələn nə odu? Soruşmayın, deyəcəm. Nə gizlədim, “Qəbələ”nin forması zövqümü oxşadı. Qırmızı-qara geyimdə hardasa futbolçuya oxşayırdılar.

Dünən Elmar Baxşıyevin özəl günü idi, 43 yaşı tamam oldu. Xidmətindəkilər baş məşqçilərini təbrik etmək üçün meydanda əllərini ağdan-qaraya vurmadılar.

“Omoniya” hesabı ikirəqəmli həddə çatdırmadı və bu, Elmar Baxşıyevə əsl hədiyyə oldu. Mərc gəlirəm, “Omoniya” tablodakı rəqəmlərin tez-tez dəyişməməsinə çalışdı.

Fasiləyədək işlərini gördülər, fasilədən sonra topla “oynadılar”. Onu o tərəf-bu tərəfə ötürüb, qapını az nişan aldılar.

Roman Bezus Qəbələdə het-trikə imza atmışdı. Ukraynalı dünən Limassolda daha iki qol vurdu. Bir Bezusun qarşısında aciz qalan, ona əlac edə bilməyən “Qəbələ”nin Biləcəridən o yanda nə işi var axı?!

Allah eləsin, “Qəbələ” gələn yay avrokuboklara vəsiqə qazanmasın. Utandırırlar. Özləri utanmaya-utanmaya.

Bu hiss onlara o qədər yaddır ki...

“Qəbələ”nin sahibləri (Heydərovlar) də, rəhbərliyi də ölkənin futbol həyatı üçün edə bildiklərini ediblər. Day etmirlər. Illərdir onlar da futbolla oynayırlar.

Hansısa məqsədlər üçün. “Qəbələ”ni indi çeviriblər kolxoz bazarına.

Səhər yığıb, axşam dağıdırlar. Komandanın avrokuboklarda iştirak edəcəyini görən başbilənlər əsas heyətin 10-a yaxın futbolçusunun gedişinə mane ola bilmirsə, onları saxlamağa cəhd eləmirsə, əlbəttə, bu, Elmar Baxşıyevin başına torba keçirmək, zəhmətini yerə vurmaq deyil, bəs nədir?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?