COP29

Azərbaycanlı futbolçuya Avropanın üç ölkəsindən maraq var - ADLAR

15 İyun 2023 20:20 Qəbələ 1 937
Azərbaycanlı futbolçuya Avropanın üç ölkəsindən maraq var - ADLAR

Növbəti mövsüm üçün heyəti komplektləşdirməyə çalışan “Qəbələ” çalışmaları davam etdirir.

Səlahət Ağayev və Məqsəd İsayev kimi yerlilərlə yollar ayrılıbsa, Elmar Baxşıyevin sərəncamında görmək istədiyi digər azərbaycanlılarla yeni sözləşmə imzalanıb.

Danışıq prosesində əngəl yaranan yeganə yerli Rövlan Muradovdur.

25 yaşlı yarımmüdafiəçi futbolçu kimi püxtələşdiyi kluba “hə” deməkdə tələsmir. Buna səbəb Muradovun karyerasını ölkə xaricində davam etdirmək istəyidir.

Hazırda əcnəbi agentlərin vasitəsi ilə Avropa klublarına çıxış imkanı qazanan Rövlan, əsas məqsədinə çatacağı günü gözləyir. Ölkə xaricinə üz tuta bilməsə, “Qəbələ”yə razılıq verib yeni müqavilə sənədinə qol çəkəcək.

“ProStar” adlı agent şirkəti ilə müqavilə bağlayan bölgə təmsilçisinin yetirməsi ilə Macarıstan, Sloveniya və Xorvatiya klubları maraqlanır.

Rövlan Muradov başa çatan mövsümdə meydana çıxdığı 40 oyunda 3 qol vurub, 5 assist edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı