COP29

Nazirin oğlu sözünü tutdu, kluba 1 milyon ianə etdi

5 Avqust 11:20 Qəbələ 9 545
Nazirin oğlu sözünü tutdu, kluba 1 milyon ianə etdi

«Qəbələ»nin fəxri prezidenti Tale Heydərov verdiyi vədi yerinə yetirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu klubu çətin vəziyyətdə tək buraxmayıb.

«Qırmızı-qaralar» Premyer Liqanı tərk eləsə də, o, bura ayırdığı maliyyə vəsaitini kəsməyib.

Hazırda Londonda yaşayan T.Heydərov 2005-cü ildən maliyyə xərclədiyi «Qəbələ»yə bu dəfə 1 milyon manat büdcə ayırıb.

Göstərilən məbləğ yalnız I Liqada mübarizə aparacaq komandaya sərf olunmayacaq. Onun bir hissəsi baza və akademiyanın saxlanılmasına istiqamətləndiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti